12 avqust 2013 16:08
Xəzər Lənkəranın sabiq baş məşqçisi yenə işsiz qaldı
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik yenə işsiz qalıb. Azerisport.az xəbər verir ki, rumın mütəxəssis ÇFR klubundan istefa verib.
Bu barədə Kluj təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, tərəflər qarşılıqlı razılıq əsasıeda müqaviləni pozublar. Rumıniya klubu Rednikə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Rednikin bu istefası onun yenidən Azərbaycana qayıdacağına dair xəbərlərin artmasına səbəb olub. Artıq “Xəzər Lənkəran” rəhbərliyinin yenidən Mirça Redniklə danışıqlara başlaması barədə xəbərlər yayılıb. Həmçinin “Neftçi”nin də rumın mütəxəssislə maraqlandığı deyilir.
