12 avqust 2013 16:26
Berti Foqts: Malta ilə oyun bizim üçün çox vacibdi
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts avqustun 14-də keçiriləcək Malta ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis bunları söyləyib:
“Oyunçuları iş başında çox görmədiyim üçün onların hazırlığı barədə hələ bir söz deyə bilmərəm. Özüm son turun üç oyununa baxdım. Köməkçilərimlə söhbətləşmişəm. Müəyyən qədər hansı futbolçuların nə vəziyyətdə olduğunu anladım. Malta ilə oyun İsraillə DÇ-2014-ün seçmə mərhələ matçına hazırlıq baxımından bizim üçün mühüm əhəmiyyət kəsb edir”.