12 avqust 2013 16:45

Berti Foqts: Yeni təkliflərə dekabrdan sona baxacağam

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts avqustun 14-də keçiriləcək Malta ilə oyun öncəsi bu gün jurnalistlərin suallarını cavablayıb. Azerisport.az sizi həmin mətbuat konfransından hazırlanmış reportajla tanış edir.
 
- Bu yaxınlarda verdiyiniz müsahibədə Azərbaycandan ayrılandan sonra UEFA və FİFA-nı ölkəmizdə gördüyünüz bəzi məsələlərdən xəbərdar edəcəyinizi demişdiniz. Maraqlıdı, nələrdən danışmağı planlaşdırırsız?
- Ancaq müsbət məqamlardan (gülür).
 
- Pərdis-Fərcad Azad dörd ay idi futbol oynamırdı. Onu niyə siyahıya daxil etmişdiniz?
- O, yığmanın son toplanışlarına çağırılırdı və nəyə qadir olduğunu yaxşı bilirəm. İndi Berlindədi, müayinə olunur. Amma formada olmayan başqa futbolçular da var. Məsələn, Vurğun Hüseynov. Mən sadəcə belə oyunçulara şans vermək istəyirəm.
 
- Çempionat oyunlarında hansı futbolçular yaxşı təsir bağışladı?
- Bunu mətbuata demək istəmirəm. Oyunçuların özləri ilə söhbətdə deyəcəm. Bəzi şeylər var ki, onları komanda daxilində saxlamaq lazımdı. Futbolçuların fiziki durumları məni sevindirmir. Ola bilsin ki, bu, Ramazan ayına düşməsi ilə əlaqədardı.
 
- Sizin son dövrlərdə hamını təəccübləndirən daha bir açıqlamanız yerli məşqçilərlə görüşünüzdə qalmaqal yaranmasıdı. Halbuki, azərbaycanlı mütəxəssislər bunu təkzib edirlər...
- Siz hardan bilirsiz ki, orda nə yazılmışdı? Almanca danışa bilirsiz? Mən nə dediyimi gözəl bilirəm. Elə həmin məşqçilər də nə demək istədiyimi yaxşı başa düşürlər. Yaxşısı budu, gəlin Malta ilə oyundan danışaq.
 
- Sizcə, Malta ilə oyun Azərbaycana lazım idi? Axı bu oyun komandamıza nə verəcək?
- Hamı oynayır, biz də oynamalıyıq. Rəqibimiz zəif olanda, hamı narazı qalır. Rəqib güclü olanda da eyni vəziyyət yaranır. Sizi razı salmaq olmur. Məsələn, indi İtaliya və ya İngiltərə ilə oyun keçirsəydik, deyəcəkdiz ki, belə güclü rəqiblə oynamaq nəyə lazımdı. İndi isə zəiflikdən şikayətlənirsiz. Mənsə belə hesab edirəm ki, Malta ilə görüş İsrail ilə seçmə mərhələ oyunu öncəsi vacibdi. Onlar da öz növbələrində Ukrayna ilə oynayacaqlar.
 
- “Qarabağ”ı qarşıda Avroliqanın pley-off mərhələsi çərçivəsində “Eintracht”la oyunlar gözləyir. Bunu nəzərə alıb, onlara istirahət vermək fikriniz yoxdu?
- Bu, onların işidi. Nə qədər çox oynasalar, bir o qədər yaxşıdı. Əksinə, “Qarabağ”ın futbolçuları Maltaya qarşı start heyətdə oynamalarına sevinməlidilər. “Bayern”in heyətində yeddi yığma üzvü var və onlar avqustun 14-də Paraqvaya qarşı oynayacaqlar. Növbəti ilin avqust ayında yığmanın oyunu olmayacaq. Yoxlama oyunu üçün yalnız bir gün ayrılacaq ki, bu da ya fevrala, ya da marta təsadüf edəcək. Kiçik futbol ölkələri üçün bu, pisdi.
 
- Bəs birdən Rəşad Sadıqov və ya Maksim Medvedev zədə alsa, onda necə?
- Onlar bu zədə ilə məşqdə də üzləşə bilərlər.
 
- Siz “Qarabağ” haqda həmişə müsbət fikirlər səsləndirsəz də, baş məşqçi Qurban Qurbanov amilini qeyd etmirsiz. Siz onu qısqanırsız, yoxsa yaxşı məşqçi hesab etmirsiz?
- Komandanı tərifləyərkən baş məşqçini vurğulamamaqda ciddi heç nə yoxdu. Mən şadam ki, Qurban və komandası pley-offa qədər irəliləyə bilib. Üç həftə əvvəl onunla görüşdüm. Qurbanov mənə planlarından danışdı. Onun nə istədiyini bilirəm. Qurbana uğurlar arzulayıram. Mən gələcəkdə də “Qarabağ”dan danışacağam və Qurbanın da adını çəkməyi unutmayacağam.
 
- AFFA sizə əvəzləyici axtarmağa başlayıb. Bu barədə nə düşünürsüz?
- Mən tərəfdən heç bir problem yoxdu. Dekabrda müqaviləmin müddəti başa çatacaq. Ondan sonra digər təkliflərə baxacağam.
 
- Azərbaycan klublarından hansısa sizi sükanı arxasında görmək istəsə, razılaşarsız?
- Mən hələlik sadəcə yığma barədə düşünürəm. Dekabra qədər burdayam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.