12 avqust 2013 16:54
Berti Foqts: Qarabağ Eintrahctı məğlub edə bilər
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində qarşılaşacağı Almaniya “Eintracht”ı ilə oyunlardakı şanslarını dəyərləndirib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis bunları dilə gətirib:
“Əgər “Qarabağ” sürətli futbol sərgiləsə, qələbə qazanmaq şansı olacaq. “Eintracht” ötən mövsümlə müqayisədə bu il zəifdi. Mən də futbolçularımın Avroliqanın qrup mərhələsində çıxış etməsini istəyirəm. Məncə, Berlin “Hertha”sına 1:6 hesabıyla uduzan komandanı məğlub etmək olar. “Eintracht” rəhbərliyindən mənə zəng edən olmayıb. Çünki onlarda mənim nömrəm yoxdu. Buna görə çətin ki, mənə müraciət etsinlər”.