12 avqust 2013 17:19
Orxan Hüseynzadə pley-offda
Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində avqustun 22-də, Krasnodar şəhərindəki "Kuban" stadionunda keçiriləcək "Kuban" (Krasnodar, Rusiya) - "Feyenord" (Hollandiya) qarşılaşmasının UEFA nümayəndəsi Orxan Hüseynzadə olacaq.
