12 avqust 2013 17:24
Ramal Hüseynov Bucaspor ilə yollarını ayırdı
Türkiyənin “Bucaspor” klubu azərbaycanlı futbolçu Ramal Hüseynovla yollarını ayırıb. Azerisport.az xəbər verir ki, bu barədə klubun mətbuat katibi Timur Yaykıran açıqlama verib.
Klub rəsmisi bildirib ki, Ramalın komandadan ayırlması üçün onun özü və meneceri ilə anlaşıblar. Timur Yaykıran bunun səbəbləri ilə bağlı danışmayıb.
Qeyd edək ki, bir müddət əvvəl “Bucaspor”la müqavilə bağlayan Ramal yeni klubunda rəsmi oyuna çıxmayıb. Futbolçumuz maliyyə məsələlərinə görə Türkiyə klubundan ayrılıb.
