12 avqust 2013 17:35
Yığmamızın üzvü mövsümün ilk turunda oynamadı
Futbol üzrə Almaniya Bundesliqasında 1-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millininin üzvü Əli Gökdəmirin çıxış etdiyi “Hannover” klubu da ilk oyununa çıxıb.
Hannover təmsilçisi “Wolsburg”u qəbul edib. Əlinin komandası ev oyununda 2:0 hesablı qələbə qahanıb. “Hannover”in heyətində 17-ci dəqiqədə Leon Andreasen, 84-cü dəqiqədə Sabolts Huşti fərqlənib.
Zədəsi olan Gökdəmir mövsümün açılış oyununda meydana çıxmayıb. Onun adı “18-liy”ə belə salınmayıb.
