13 avqust 2013 17:58
Qurban Qurbanov: Qələbə qazanmaq istəyiriksə, almanlardan çəkinməməliyik
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun azerisport.az saytına müsahibəsi
- Avroliqanın pley-off mərhələsində “Qarabağ”ın rəqibi Almaniya “Eintracht”ı oldu. Bəs siz hansı komandaya rəqib olmaq istəyirdiniz?
- Məncə, artıq nəsə arzulamaq gecdi. İndi biz “Eintracht”la oyunları düşünməliyik. Bu komandanı püşkatmada iştirak edən ən güclü klublardan biri hesab edirəm. Bu rəqibə qarşı layiqli oyun sərgiləməliyik. Özü də ilk oyun evdə olacaq. Azarkeşlərimizi sevindirmək istəyiriksə, rəqibdən çəkinməməliyik. Əgər öz oyunumuzu düzgün qura bilsək, yaxşı oynaya bilərik.

- Şanslarınızı necə dəyərləndirirsiz?
- Üstünlük “Eintracht”ın tərəfindədi. İstənilən halda Azərbaycan və Almaniya çempionatlarını müqayisə etdikcə, kimin şansının daha çox olduğu görünür.

- Azərbaycanda bir neçə almaniyalı mütəxəssis çalışır. Onlardan məlumat almaq haqda düşünmürsüz?
- Bunun bizə faydalı olacağını düşünmürəm. İndiki zamanda istənilən komanda haqda məlumat toplamaq mümkündü.

- İlk oyunun Bakıda keçirilməsi sizin üçün nə dərəcədə düşərlidi?
- Bu mövsüm yalnız ilk təsnifat mərhələsində birinci oyunumuzu səfərdə keçirmişik. Ola bilər ki, belə oyunlarda elə ilk oyunu səfərdə keçirmək daha yaxşıdı. Amma mənə elə gəlir ki, bu cür rəqiblə öncə evdə oynamaq məqsədəuyğundu.

- “Qarabağ” tarixində üçüncü dəfə qrup mərhələsinin astanasındadı. Bu dəfə necə olacaq?
- Özümüzə inanmalıyıq, diqqətli, ciddi olmalıyıq. Artıq indidən bu oyunlara hazırlaşmalıyıq. Təbii ki, çempionatı unutmamaq şərti ilə. “Eintracht” kimi komandalardan çəkinməməliyik. Artıq “Brugge”, “Twente”, “Borussia” (Dortmund) kimi rəqiblərə qarşı oynamışıq. Düzdü, “Eintracht” “Borussia”dan zəifdi. Amma necə də olmasa, Bundesliqada çıxış edir. Onların da yaxşı komandası var.

- İlk oyunda sizi hansı nəticə qane edəcək?
- Qələbə qazanmağımız daha yaxşı olacaq.

- Azarkeşlər sizdən pley-offda da zəfər gözləyir...
- Belə də olmalıdı. Azarkeşlər bizə nə qədər inansalar, tələbkar olsalar, bizdə də bir o qədər məsuliyyət hissi yaranacaq. Lakin mənə elə gəlir ki, bu dəstək yalnız avrokubok oyunlarında yox, daxili çempionatda da göstərilməlidi. Azarkeşlərin hər oyunda sayı nə qədər çox olsa, komanda “Eintracht”la görüşlərə bir o qədər yaxşı hazırlaşmış olacaq.
- Çempionat və Avroliqa oyunları yanaşı bəzi futbolçularınız sabah Malta ilə yoxlama görüşündə də iştirak edə bilər...
- Futbolçular üçün çətin qrafikdi. “Sumqayıt”la oyundan sonra səkkiz futbolçumuz düşərgədən ayrıldı. Ayın 18-də “Xəzər Lənkəran”la, 22-də isə “Eintracht”la oyuna çıxmalıyıq. Fikrimcə, oyunların təxirə salınması da münasib deyil. Hər şeyə millinin oyunundan sonra aydınlıq gələcək. Görək, futbolçular düşərgəyə hansı durumda qayıdacaqlar.
- Yeni transferə ehtiyac varmı?
- Əgər indi kimisə alsaq, onun komandaya uyğunlaşması üçün vaxt lazım olacaq. Ona görə də mənə elə gəlir ki, yeni transfer etməkdənsə, komandaya təzə qoşulan futbolçularla çalışmaq daha faydalı olar. Öz oyun keyfiyyətimizi yaxşılaşdırmaq haqda düşünməliyik.