13 avqust 2013 18:53
Arazın stadionu istifadəyə verildi
Bu gün əsaslı təmirdən sonra İ.Axundlu adına Naxçıvan Muxtar Respublika stadionunun açılışı olub. Azerisport.az xəbər verir ki, açılışda Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov, Gənclər və İdman Naziri Azad Cabbarov, Muxtar Respublika idman federasiyalarının rəsmiləri və yerli ictimaiyyət nümayəndərələri iştirak edib.
Xatırladaq ki, Naxçıvanın mərkəzi futbol arenası iyun ayında təmirə bağlanmışdı. Yenidənqurma və əsaslı təmirdən sonra stadiondakı oturacaq tutumu artırılaraq 12800-yə çatdırılıb, soyunub geyinmə otaqları, məqş zalları təmir olunub.
Qeyd edək ki, “Araz” futbol klubu ev oyunlarını məhz bu stadionda keçirəcək.
