13 avqust 2013 19:48
İnter Galatasarayla üz-üzə
Xəbər verdiyimiz kimi, "İnter"in U-12 komandası Türkiyədə keçirilən “The children champion cup Lukoil” yarışında iştirak edir. Azerisport.az xəbər verir ki, təmsilçimiz artıq Türkiyədədi və "Mardan Sports Complex"də məskunlaşıb.
Makedoniyanın "Vardar" komandası turnirə qatılmadığından püşkatma mərasimi baş tutmayıb və buna görə də komandalar bir-biri ilə qarşılaşacaq. "İnter" qardaş ölkənin məşhur "Galatasaray" komandasıyla üz-üzə gələcək. Oyun bu gün Bakı vaxtıyla saat 20.30-da başlayacaq.
Qeyd edək ki, "İnter"dən başqa turnirdə Türkiyənin "Galatasaray" və "Antalyaspor", Bolqarıstanın "Slavia" və Gürcüstanın "Dinamo" (Tiflis) komandaları mübarizə aparacaq.
Yarış ayın 13-dən 16-na kimi davam edəcək
