13 avqust 2013 11:05
Pyetro Qedin: Bakıdakı arenanı yaxşı əhval-ruhiyyədə tərk etmək istəyirəm
Futbol üzrə Malta yığmasının baş məşqçisi Pyetro Qedin Azərbaycan millisiylə sabah keçiriləcək yoxlama oyunu öncəsi bu gün jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin mətbuat konfransından hazırlanmış reportajla tanış edir.
- Mətbuat konfransına gecikməyinizə nə səbəb oldu?
- Gözlətdiyim üçün üzr istəyirəm. Məsələ burasındadı ki, biz dünən çox gec gəldik. Futbolçulara istirahət vermək lazım idi ki, özlərinə gəlsinlər. Sizinlə görüşə mümkün qədər tez gəlməyə çalışdım.

- Sabahkı oyundan nə gözləyirsiz?
- Maraqlı oyun olacağını düşünürəm. Ən azı ona görə ki, Azərbaycan maraqlı rəqibdi. Bizim heyətdə isə bir neçə aparıcı futbolçu oynamayacaq?

- Niyə?
- Mən sadəcə ehtiyat qüvvəni, yeni futbolçuları sınamaq istəyirəm. Bilmək istəyirəm ki, onlar əsas yığmada oynamağa nə dərəcədə hazırdılar. Çünki bizim İtaliya və ya Almaniya yığmalarında olduğu kimi seçim imkanımız yoxdu. Kim varsa, onunla işləmək məcburiyyətindəyik. İstənilən halda sabah meydanı yaxşı əhval-ruhiyyədə tərk etmək istəyirəm.

- Heyətdə yarıpeşəkar futbolçular da var?
- Bəli, bizdə peşəkarların, yarıpeşəkarların və həvəskarların sintezidi. Elələri var ki, səhərlər işə gedir, axşam isə məşqə çıxır.

- Azərbaycan yığmasını analiz edə bilmisiz?
- Bəli. Komandanızın Şimali İrlandiya və Lüksemburqla oyunlarına baxmışam. Hansı ki, hər iki oyun 1:1 hesabıyla başa çatıb. Əminəm ki, bizi heç də zəif komanda gözləmir. Həmin oyunlarda Azərbaycan çox yaxşı təsir bağışlayıb. Yeri gəlmişkən, siz yığmanızın heyətinin niyə bu qədər fərqləndiyinin səbəbini bilmirsiz?

- Zədələr və yəqin ki, Foqtsun öz seçimi. Siz, deyəsən yığmamızı çox diqqətlə analiz etmisiz?
- Bəli. Mən həmişə buna çalışıram. Keçirəcəyimiz oyunun statusundan asılı olmayaraq, rəqiblə həmişə çox maraqlanıram.

- Azərbaycan və Ermənistan yığmalarını müqayisə edə bilərsiz?
- Ermənilərə qarşı rəsmi oyun keçirdik və İrəvanda qələbə qazandıq. Kifayət qədər maraqlı komandadı. Azərbaycan yığması haqda da eyni sözləri deyə bilərəm.