13 avqust 2013 11:38
Yığmamız Xorvatiya ilə sülh bağladı
Xorvatiyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, futbolçularımız xorvatiyalı həmyaşıdları ilə qarşılaşıblar.
Oyun 1:1 hesabı ilə başa çatıb.
Yığmamızın heyətində Namiq Ələsgərov fərqlənib.
