13 avqust 2013 12:02
Malta yığması Azərbaycanla oyuna üç ciddi itki ilə çıxacaq
Futbol üzrə Malta yığması sabah Azərbaycan millisinə qarşı keçirəcəyi yoxlama oyununda üç aparıcı futbolçusunun xidmətindən yararlana bilməyəcək. Azerisport.az xəbər verir ki, bunlar müdafiəçi Lyuk Dimex, Conatan Karuana və Aleks Muskatdı.
Qeyd edək ki, Aleks Muskat Avropa Liqasının ilkin təsnifat mərhələsində “Xəzər Lənkəran”a qarşı oyunlarda meydana çıxmışdı.
