14 avqust 2013 00:23

Azərbaycan yığması üçün qələbə qazanmaq şansı

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxacaq. Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın bu dəfəki rəqibi Malta seçməsi olacaq.
 
Qeyd edək ki, bu, komandamızın 2013-cü ildəki növbəti sınaq matçıdı. Millimiz cari futbol ilində doğma divarlar arasında həm ilk, həm də sonuncu yoxlama görüşünə çıxacaq.
 
Malta yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində134-cü yeri tutur. Malta zəif rəqib təsiri bağışlasa da, yığmamız bu komandaya heç də yuxarıdan aşağı baxmamalıdı. Düzdü, reytinq cədvəlindəki yerinə görə millimiz (maraq üçün bildirək ki, millimiz hazırda 115-ci pillədə qərarlaşıb) bu rəqibindən xeyli öndədi. Amma bu, maltalıları asanlıqla yenəyəcəyimiz anlamına gəlməməlidi. Baxmayaraq ki, qarşılaşma doğma divarlar arasında keçiriləcək.
 
Yığmamızın rəqibi DÇ-2014-ün cari seçmə tsiklində B qrupunda yer alıb. İtaliya, Bolqarıstan, Çexiya, Ermənistan və Danimarka ilə mübarizə aparan maltalılar keçirdikləri 6 oyundan yalnız birində qələbə qazanıblar ki, bu da Ermənistanla səfər matçına təsadüf edib. Qalan beş oyunda uduzan Malta cəmi 2 qol vurduğu halda, öz qapısından 14 top buraxıb.
 
Malta millisinə Pyetro Qedin başçılıq edir. 61 yaşlı italiyalı mütəxəssis 2012-ci ildən etibarən bu yığmanı çalışdırır. O, bundan öncə də (1993-1995-ci illər aralığında) Malta yığmasında çalışıb. 1996-2005-ci illərdə isə Qedin İtaliya millisində assistent kimi fəaliyyət göstərib. 2005-2012-ci illərdə İtaliyanın qadınlardan ibarət yığmasına da rəhbərlik edən bu mütəxəssis indi yenidən Malta futbolunun rifahı üçün çalışır.
 
Malta Azərbaycan yığması üçün tanış rəqibdi. Millimiz bu rəqibi ilə indiyə qədər üç dəfə üz-üzə gəlib. Lakin təəssüf ki, həmin görüşlərin hamısında məğlub olan tərəf olmuşuq. Özü də səfərdə baş tutan həmin görüşlərin heç birində rəqib qapısına yol tapa bilməmişik. Ta Qalidə keçirilən görüşlərdən birincisində 0:5 (1994), ikincisində 0:3 (2000), sonuncusunda isə 0:1 (2002) hesabıyla uduzmuşuq. İndi millimiz bu rəqibi ilə doğma divarlar arasında keçirəcəyi ilk oyunda buraxdığı 9 cavabsız qolun revanşını almağa çalışmalıdı.

Azərbaycan yığmasına gəlincə, komandamız 2013-cü ildə yeddinci oyununa çıxacaq. Yanvar-fevral aylarına təsadüf edən Dubay toplanışı çərçivəsindəki ilk oyununda Özbəkistanla qarşılaşan təmsilçimiz qolsuz heç-heçəyə razılaşmışdı. Ardından isə Lixtenşteynlə görüşən futbolçularımız 1:0 hesablı qələbəyə imza atmışdılar. Bu ilin ilk rəsmi sınağında yığmamız səfərdə Lüksemburqla qarşılaşıb və 0:0 hesablı heç-heçəyə razılaşıb. Portuqaliya ilə evdəki matçda 0:2 hesabıyla uduzan təmsilçimizin Qətərlə səfər, Lüksemburqla ev oyununda da 1:1 hesabı qeydə alındı.
 
Malta ilə görüş seçmə mərhələdəki növbəti – İsrail ilə oyuna hazırlıq baxımından böyük əhəmiyyət kəsb edir. Çünki bu, həmin görüş öncəsi son sınaqdı. Baxmayaraq ki, Malta ilə İsrail yığmasını müqayisə etmək bir qədər düzgün çıxmır. Amma hər halda son uğursuzluqları unutdurmaq üçün millimizin Bakıdakı oyunda qələbə qazanmaqdan başqa çıxış yolu yoxdu.
 
Sonda onu da qeyd edək ki, yığmamız bu gün tarixi ərzində 198-ci matçına çıxacaq. İndiyəqədərki oyunların 35-də qələbə qazanmışıqsa, 52-də də heç-heçə ilə təsəlli tapmışıq. 110 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 137 qol vurduğumuz halda, öz qapımızdan 342 top çıxarmışıq.

Yoxlama oyunu
14 avqust
 
21:00. Azərbaycan - Malta
Baş hakim: Aleksandr Əliyev (Qazaxıstan).
Bakı. “Bakcell Arena”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.