13 avqust 2013 12:37
Qarabağı azarkeşləri, Bakı və Rəvanı futbolçuları xərcə saldı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 2-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Rəvan” – “Neftçi” matçının 78-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Miloş Adamoviç əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
AZAL – “Bakı” matçının 45+1-ci dəqiqəsində “Bakı”nın futbolçusu Deyvidas Çesnauski idmançiya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Qarabağ” – “Sumqayıt” matçının 32-ci dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitə yandırıldığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 82-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Vurğun Hüseynov idmançiya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
