14 avqust 2013 00:44
İnter - Galatasaray matçında bir qol
Xəbər verdiyimiz kimi, "İnter"in U-12 komandası Türkiyənin Antalya şəhərində keçirilən “The children champion cup Lukoil” yarışında iştirak edir. Azerisport.az xəbər verir ki, ötən gün turnirin birinci oyun günü idi.
Təmsilçimiz ilk görüşdə "Mardan" stadionunda "Galatasaray" klubuyla üz-üzə gəlib. Matçın taleyini Türkiyə komandasının vurduğu bir qoll həll edib.
Nəticədə "İnter" turnirə məğlubiyyətlə başladı.
Əlavə edək ki, bu gün Vaqif Hidayətovun yetirmələri növbəti görüşünə çıxacaqlar.
