13 avqust 2013 13:10
“Bakını İrəvanla müqayisə belə etmək istəməzdim”
Futbol üzrə Malta yığmasının kapitanı Mikael Mifsud Azərbaycanla yoxlama oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Mənə elə gəlir ki, bu oyun çox maraqlı olacaq. Azərbaycan millisi yaxşı komandadı. Mən artıq komandanıza qarşı oynamışam. 2002-ci ildə baş tutan həmin görüşdə biz qalib gəlmişdik. Bakı şəhəri mənim çox xoşuma gəldi. Biz mərkəzdə məskunlaşmışıq. Bir müddət öncə biz İrəvana da səfər etmişdik. Amma mən bu iki şəhəri heç müqayisə belə etmək istəməzdim. Bakını Dubayla müqayisə etmək daha yaxşı olardı”.