13 avqust 2013 13:35
Syomin Qəbələni tərk etdi
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin komanda üzvlərinə istirahət verib. Azerisport.az xəbər verir ki, rusiyalı mütəxəssis Topaz Premyer Liqasının “İnter”lə oyunundan (3:2) sonra futbolçulara iki günlüyə buraxıb.
Bu fürsətdən istifadə edən Syomin özü də Moskvaya yollanıb. O, ailəsinə baş çəkdikdən sonra yenidən Azərbaycana qayıdacaq.
Qeyd edək ki, bölgə təmsilçisi sabah yenidən bir araya gələcək. Komanda Syominin rəhbərliyi altında 3-cü turun “Sumqayıt”la oyununun hazırlıqlarına start verəcək.
