13 avqust 2013 15:26
Eintracht Bakıya 100 azarkeş, 10 jurnalistlə gələcək
Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Almaniyanın “Eintracht” klubu Bakıya azarkeşləri ilə gələcək. Azerisport.az xəbər verir ki, Frankfurt təmsilçisi ölkəmizə təxminən 100 azarkeşlə təşrif buyuracaq.
Onlarla yanaşı bu oyunu işıqlandırmaq üçün 10 almaniyalı jurnalist də Bakıya səfər edəcək. Hazırda Almaniya klubu səfərə çıxacaq nümayəndə heyəti üçün viza problemini yoluna qoymaqla məşğuldu.
Qeyd edək ki, “Eintracht”ın Azərbaycan paytaxtına oyundan iki gün öncə gəlməsi planlaşdırılır. Rəqib komanda Bakıda cəmi bir məşqə çıxacaq.
“Qarabağ” – “Eintracht” matçı avqustun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab görüşü isə bir həftə sonra Frankfurtda olacaq.
