13 avqust 2013 15:44
Berti Foqts milli üzvlərini tənqid etdi
Futbol üzrə Azərbaycan yığması sabah keçiriləcək Malta ilə yoxlama oyununa hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, komandamız bu gün “Bakcell Arena”da bir məşq keçib.
Bu arada baş məşqçi Berti Foqts futbolçuları tənqid edib. O, yetirmələrinin fiziki durumundan şikayətlənib, eləcə də milli üzvlərinə az məşq etdiklərini bildirib.
Qeyd edək ki, Azərbaycan – Malta oyunu sabah “Bakcell Arena”da keçiriləcək və saat 21.00-da başlayacaq.
