13 avqust 2013 17:39

Yuri Syominlə gələn ilk

"Qəbələ” tarixində 3-cü dəfə Premyer Liqaya ardıcıl 2 qələbə ilə başladı. Azerisport.az xəbər verir ki, ilk turda “Bakı” ilə səfər oyununda 2:1 hesabına sevinən Yuri Syominin yetirmələri bu dəfə “İnter”i 3:2 hesabı ilə üstələdi.
 
Mükafatlar uğrunda mübarizədə əsas rəqiblərindən ikisini xalsız qoyan komanda hər 2 qələbəsini əzmkarlıqla əldə edib. Belə ki, bu matçlarda hesabı rəqib futbolçuları açıb.
 
İndiyədək “Qəbələ” daha 2 dəfə mövsümün ilk 2 oyununda xal itirməmişdi. Sonuncu belə hadisə 5 il əvvəl yaşanıb. 2007/08 mövsümündə “Standard”ı 1, “Bakı”nı 2 cavabsız qolla keçən “qırmızı qaralar” növbəti çempionatda 2 böyükhesablı qələbə qazanmışdı. Həmin vaxt “Muğan” 4:1, MOİK 3:0 hesabı ilə məğlub edilmişdi.
 
Syomin isə klub tarixində ilk baş məşqçidir ki, onun rəhbərliyi altında debütdəki 2 oyun 6 xalla başa çatır. “Qəbələ”nin tarixində heç bir çalışdırıcı bu postdakı ilk 2 oyununda ardıcıl qələbə görməmişdi. 
 
“İnter”lə matçda 3 qol vuran “Qəbələ” sonuncu dəfə 2012-ci ildə - ötən mövsümün XIV turunun “Rəvan”la səfərdə keçirilən oyununda 3 qol vurmuşdu – 3:1. Bundan sonra isə 19 matçda “qırmızı-qaralar” 2-dən artıq qol vura bilmirdi. Komandanın öz meydanında məhsuldarlıq göstərməsi isə ötən il avqustun 26-da qeydə alınıb. Həmin vaxt “Sumqayıt” 4:1 hesabı ilə məğlub edilmişdi. Bundan sonra 15 matç idi ki, azarkeşlər 2-dən artıq qolun sevincini yaşamırdı. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.