14 avqust 2013 18:43
İsrailli futbolçu Simurqda (FOTO)
"Simurq" transfer çalışmalarını davam etdirir. Azerisport.az xəbər verir ki, müdafiə xəttini gücləndirməyi qarşısına məqsəd qoyan Zaqatala təmsilçisi daha bir legioner futbolçunu baxışa dəvət edib.
Artıq bir neçə gündür "sarı-qaralar"ın düşərgəsində olan israilli İdan Vaytsman haqqında son qərar yaxın günlərdə məşqçilər korpusu tərəfindən veriləcək.
Qeyd edək ki, bu futbolçunun son klubu “Bnei Sakhnin” olub. O, həmçinin “Hapoel” (Akre) (2005-2007), “Hapoel” (Nazaret İllit) (2007), “Hakoah Amidar Ramat Gan” (2008-2009), “Ashdod” (2009-2010), “Hapoel” (Haifa) (2010-2011) kimi klublarda da top qovub.
