14 avqust 2013 23:07
Bakının stadionuna yeni ad veriləcək
“Bakı” öz stadionunun adını dəyişdirməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, bu barədə klubun prezidenti Hafiz Məmmədov məlumat verib.
Qeyd edək ki, paytaxtın eyniadlı klubu ev oyunlarını öz bazasının stadionunda keçirir. Lakin bu arenaya hələlik heç bir ad verilməyib.
Amma Məmmədovun sözlərinə görə, yaxın zamanlarda bu məsələ öz həllini tapacaq və bazadakı arenaya ad veriləcək: “Bu, orijinal bir ad olacaq”.
