14 avqust 2013 23:21
AFFA və PFL rəhbərliyindən milli üzvlərinə təbrik
Bu gün futbol üzrə Azərbaycan yığması Malta ilə yoxlama matçında qüvvəsini sınadı. Azerisport.az xəbər verir ki, komandamız bu oyunda 3:0 hesablı inamlı qələbəyə sevindi.
“Bakcell Arena”da keçirilən görüşdən sonra millimizin üzvləri AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və baş katib Elxan Məmmədov tərəfindən təbrik olunub. Onlar futbolçularla görüşüblər, təbriklərini çatdırıblar, növbəti oyunlarda da bu uğurun davamının gəlməsini arzulayıblar.
