14 avqust 2013 23:36
Rauf Əliyev: Böyük hesabla qalib gəlmək çox xoşdu
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev Maltaya qarşı keçirilmiş yoxlama matçı ilə bağlı fikirlərini açıqlayıb. “Bakı”nın futbolçusu azerisport.az saytına müsahibəsində bunları söyləyib:
“Qələbə qazandıq. Özü də buna çox yaxşı nəticə ilə nail olduq. Məncə, daha çox qol vura bilərdik. Amma yalnız üç şansdan yararlana bildik. Böyük hesabla qələbə qazanmaq çox xoşdu. Fikrimcə, bu, İsrail ilə seçmə mərhələ oyunu öncəsi çox yaxşı dopinq oldu”.