14 avqust 2013 23:38
Pyetro Qedin: Heyətimizdə cəmi iki futbolçu peşəkardı
Futbol üzrə Malta yığmasının baş məşqçisi Pyetro Qedin Azərbaycan millisi ilə yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, italiyalı mütəxəssis 0:3 hesabıyla uduzduqları görüşdən sonra öncə bunları söyləyib:
- Azərbaycan qələbə qazanmağı daha çox istəyirdi. Buna görə də rəqibimiz bu gün daha yaxşı oynadı. Biz isə öz imkanlarımızın 50 faizindən istifadə etdik.

- Niyə futbolçunuz qırmızı vərəqə aldığı epizodda elə kobudluq etdi?
- Bu, futboldu. Hərdən belə hallar olur.

- Azərbaycan yığmasında kimi xüsusi qeyd edə bilərsiz?
- Mənə elə gəlir ki, çox çevik komandanız var. Yaxşı futbolçularınız çoxdu. Xüsusi olaraq Rauf Əliyevi qeyd edərdim. Komandanız inkişaf edir.

- Komandanızın heyətində həvəskarlar var idi?
- Demək olar ki, onların hamısı müxtəlif yerlərdə çalışırlar. Yalnız Aqius və Skembri peşəkardı.

- Niyə Malta yığması Ermənistana qarşı oynadığı kimi çıxış edə bilmədi?
- Bizim beş aparıcı futbolçumuz yox idi. Həm də komandamız Bakıya uzun yol qət etmişdi. Futbolçularda yorğunluq var idi.