14 avqust 2013 11:26
Elnur Allahverdiyev: Malta heç də zəif rəqib deyil
Futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyevin azerisport.az saytına müsahibəsi
- Malta yığması ilə oyuna necə hazırlaşa bilmisiz?
- Hazırlıq prosesi normal keçdi. Berti Foqts futbolçuları oyuna kökləməyə çalışır. Bizdən qələbə gözləyir.
- Hazırlıq prosesi normal keçdi. Berti Foqts futbolçuları oyuna kökləməyə çalışır. Bizdən qələbə gözləyir.
- Buna nail olmaq nə dərəcədə realdı?
- Qələbə qazanmağımız mümkündü və lazımdı. Lüksemburqla oyundakı heç-heçədən sonra ölkədə hamı bizdən narazıdı. Ona görə bu görüşü qalib başa vurmaq istəyirik. Lakin asan olmayacaq. Malta heç də zəif komanda deyil.
- Seçmə mərhələnin İsraillə oyunu öncəsi bu görüşün komandamıza nə faydası olacaq?
- İlk növbədə psixoloji planda kömək edə bilər. Təbii ki, əgər qələbə qazana bilsək.
- İlk növbədə psixoloji planda kömək edə bilər. Təbii ki, əgər qələbə qazana bilsək.
- Berti Foqts mətbuat konfransında İsraiillə oyundan danışarkən “Xəzər Lənkəran”ın Hayfa “Maccabi”sinə 0:8 hesablı məğlubiyyətini də yada saldı və bildirdi ki, klubunuzdan fərqli yığmada legionerlər də yoxdu. Elə isə millidən həmin oyunda nə gözləməyə dəyər?
- İsrail Fransa deyil ki, onlardan belə qorxaq. Biz cari seçmə mərhələdə bu komanda ilə oynamışıq və heç-heçəyə nail olmuşuq. Halbuki, həmin oyunda qələbə qazanmalıydıq.
- İsrail Fransa deyil ki, onlardan belə qorxaq. Biz cari seçmə mərhələdə bu komanda ilə oynamışıq və heç-heçəyə nail olmuşuq. Halbuki, həmin oyunda qələbə qazanmalıydıq.
- Yığmada “Xəzər Lənkəran”dan üç futbolçu var. Gözləmək olar ki, İsraillə görüşə siz xüsusi motivasiya ilə çıxacaqsız?
- Bunun belə olacağını gizlətmirəm. Çünki 0:8-dən sonra hələ də özümə gələ bilməmişəm. Digər tərəfdən bu, yığmadı. Burda tam fərqli motivasiya lazımdı.
- Bunun belə olacağını gizlətmirəm. Çünki 0:8-dən sonra hələ də özümə gələ bilməmişəm. Digər tərəfdən bu, yığmadı. Burda tam fərqli motivasiya lazımdı.
- Avropa Liqasındakı uğursuzluqdan sonra çempionatda da işləriniz qaydasında getmir...
- Start o qədər də yaxşı alınmadı. Son turda “Simurq”u məğlub etməyə borclu idik. Amma alınmır. “Qara zolaqdan” çıxmaq vaxtıdı.
- Sizin sülh bağladığınız “Sumqayıt”ı növbəti turdakı rəqibiniz “Qarabağ” darmadağın etmişdi. Ağdam klubu ilə oyunda da “qara zolaqdan” çıxa bilməyəcəyinizi düşünmürsüz?
- Rəqibin statusundan asılı olmayaraq, əlimizi yanımıza salmaq fikrimiz yoxdu. Bizim də öz hədəflərimiz var. Futbolçular artıq başa düşməlidilər ki, onlar “Xəzər Lənkəran”da çıxış edirlər. Bu futbolkanı daha çox biabır etməyəcəyik. Qələbəyə oynayacağıq.