14 avqust 2013 11:45
Yuri Syomin: Azərbaycanda zəif rəqib, asan keçən oyun yoxdu
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin komandasının Topaz Premyer Liqasında yeni mövsümə uğurlu startından danışıb. Azerisport.az xəbər verir ki, o, Rusiya mətbuatına açıqlamasında bunları dilə gətirib:
“Azərbaycan Premyer Liqasında 10 komanda iştirak edir. Çempionat isə dörd dövrəlidi. Bu üzdən elitada zəif rəqiblər ələniblər və asan keçiləsi oyunlar yoxdu. Keyfiyyətli stadionlarda oynayırıq. Həm təbii, həm də süni örtüklü arenalar var. “Neftçi” və “Qarabağ” ötən mövsümün ən güclü komandaları olmuşdu. İndi isə “Qəbələ” onlarla ilk üçlüyü paylaşır. Komandamız ötən mövsümü altıncı pillədə başa vurmuşdu. Bu il isə qarşımızda avrokuboklara vəsiqə qazanmaq hədəfi durur. 10 yeni futbolçu almışıq. Onların əksəri gənc və perspektivli oyunçulardı. Hazırlıq üçün cəmi bir ay vaxtımız olsa da, komanda artıra bilib. Donets “Metallurg”undan dəvət etdiyimiz Leonardo da Silva özünü çox yaxşı tərəfdən göstərir. Həmçinin hollandiyalı Ebesilio, rusiyalı azarkeşlərə yaxşı tanış olan “Kuban”ın sabiq nigeriyalı forvardı Afolabini də qeyd edərdim”.