15 avqust 2013 00:14

Berti Foqts: Azərbaycan İsraildən xal almaq üçün daha yaxşı oynamalıdı

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Malta ilə yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 3:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları dilə gətirib.
 
- Komandanı təbrik edirəm. Uşaqlar qələbə üçün döyüşdülər. Yaxşı kombinasiyalar təşkil edirdilər. Fasilədə onlara bir qədər daha soyuqqanlı oynamalarını tapşırdım. Biz yaxşı başa düşürük ki, İsraillə seçmə mərhələ oyununda ən azı bir xal qazanmaq üçün bundan daha yaxşı oynamalıyıq.
 
- Maltalıların baş məşqçisi heyətdəki futbolçulardan yalnız ikisinin peşəkar olduğunu deyir, qalan hamısı həvəskarlardı...
- Mən Malta və İsrail yığmalarını müqayisə etmək fikrində deyiləm. Komandama daha çox çalışmaq lazımdı. Bütün oyun komponentlərini yaxşılaşdırmağımız lazımdı.
 
- Əfran İsmayılovun oyunundan razı qaldınız?
- O, bir neçə gün əvvəl ata olub. Bu üzdən onu başa düşmək olar. Lakin Əfran daha yaxşı oynaya bilər.
 
- Bu gün futbolçulardan hansı sizi müsbət mənada təəccübləndirdi?
- Bu və ya digər futbolçunun necə oynaması mənə maraqlı deyil. Mənə komanda şəklində yaxşı oynamağımız vacibdi. Bir neçə ildi Azərbaycandayam. Kimisə tənqid edəndə, mətbuat o dəqiqə sözlərimi təhrif edirdi.
 
- Müdafiədə hansısa çatışmazlıqlar gördünüz?
- Səhvlər var. Onları mütləq aradan qaldırmalıyıq. Daha çox məşq etməliyik. Bu komanda Türkiyəyə qalib gəlib. Maltalılar tam heyətlə oynamırdısa, biz də optimal heyətlə meydana çıxmamışdıq. Düzünü desəm, bəzi futbolçulardan narazıyam. Xüsusilə, müdafiədən hücuma keçəndə ləngimələr olur.
 
- Siz bu hesabla qələbə qazanacağınızı gözləyirdiniz?
- Mən hər oyunda qələbə qazanmaq istəyirik. Lakin təəssüf ki, buna tez-tez nail ola bilmirik. 3:0 yaxşı nəticədi. Amma 4:0 qazansaydıq, daha yaxşı olardı.
 
- Rüfət Dadaşovun çıxışını necə qiymətləndirirsiz?
- Hücumçunun əlinə imkan düşdü, vurmalıdı. Dadaşov asılı futbolçudu. Onu topla daha çox təmin etmək lazımdı.
 
- Yığmanın oyunu müəyyən qədər “Qarabağ”ın sərgilədiyi futbola bənzəməyə başlayıb. Təsadüfən bunu Qurban Qurbanovla məsləhətləşməmisiz?
- Qurbanovla danışıqlarımızın sirr olaraq qalmasını istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.