14 avqust 2013 12:04
Eintracht - Qarabağ matçı 23:30-da start götürəcək!
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la Almaniyanın “Eintracht” klubları arasında keçiriləcək cavab matçının başlama saatı açıqlanıb. Azerisport.az xəbər verir ki, öncədən bu oyunun yerli vaxtla 21:05-də (Bakı vaxtı ilə 00:05) start götürəcəyi bildirilirdi.
Lakin avqustun 29-da keçiriləcək qarşılaşmanın 20:30-da (Bakı vaxtı ilə saat 23:30) başlayacağı məlum olub. Bu oyun Frankfurtdakı “Commerzbank Arena”da keçiriləcək.
Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun avqustun 22-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.
