15 avqust 2013 00:07
“Təəssüf ki, seçmə mərhələ matçlarında belə oynaya bilmirik”
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov Maltaya qarşı keçirilmiş yoxlama matçı ilə bağlı fikirlərini açıqlayıb. “Neftçi”nin futbolçusu azerisport.az saytına müsahibəsində bunları söyləyib:
“Biz bu oyuna ciddi hazırlaşmışdıq. Qələbə qazanmaq istəyirdik. Şadam ki, buna nail ola bildik. Çünki bu qələbə həm bizim, həm də azarkeşlərimiz üçün çox vacib idi. Lakin təəssüf ki, seçmə mərhələ matçlarında belə oynaya bilmirik”.
