15 avqust 2013 00:22
Rüfət Dadaşov: İsrailə də qol vurmaq istəyirəm
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Maltaya qarşı keçirilmiş yoxlama matçı ilə bağlı fikirlərini açıqlayıb. Almaniyanın “Kaiserslautern” klubunun futbolçusu azerisport.az saytına müsahibəsində bunları söyləyib:
“Hamı yaxşı oynadı. Nəticədə komandamız özünü göstərə bildi. Şadam ki, belə böyük hesabla qalib gəldik, iki qol vurdum. Bundan sonra rəsmi oyunlarda da qol vurmaq istəyirəm. İsraillə görüşdə də qol vurmağa çalışacağam”.
