14 avqust 2013 22:49
Azərbaycan millisi Maltanı darmadağınla yola saldı (YENİLƏNİB)
Futbol üzrə Azərbaycanın əsas milli komandası bu gün növbəti yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı yığmamız Malta ilə qarşılaşıb.
Oyun Bakıda keçirilirdi. Bu üzdən millimiz son uğursuzluqları da unutdurmaq üçün özündən zəif rəqibini məğlub etməyə sadəcə borcluydu. İndiyə qədər bu rəqibinə qarşı keçirdiyi hər üç oyunda uduzan millimiz maltalılarla Bakıdakı ilk dueldə darmadağınla qalib gəldi.
Yoxlama oyunu
14 avqust
Azərbaycan – Malta – 3:0 (1:0)
Qollar: R.Dadaşov, 5 (1:0), R.Əliyev, 63 (2:0), R.Dadaşov, 71 (3:0)
Baş hakim: Aleksandr Əliyev (Qazaxıstan).
Bakı. “Bakcell Arena”.
Oyun başladı. Yığmamıza uğurlar arzulayırıq!
5. Komandamız əla hücum təşkil etsə də, Aqius topu kornerə çıxarır
5. Korner zamanı heç kimin toxuna bilmədiyi topu R.Dadaşov dəqiq baş zərbəsi ilə tora qovuşdurur - 1:0
10. Komandamızın sol cinahla daha bir hücumu təhlükəli alınsa da, son anda rəqib müdafiəçi topu uzaqlaşdıra bilir
15. Bu dəqiqələrdə Malta oyunda təşəbbüsü ələ alıb
20. Oyunu AFFA prezidenti Rövnəq Abdullayev, PFL prezidenti Ramin Musayev və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov VİP-lojadan canlı izləyirlər
24. Rəqibin ilk korner vuruşu zamanı komandamız diqqətli oynayır
25. A.Abdullayev Ə.İsmayılovun əla ötürməsindən sonra zərbə mövqeyinə çıxsa da, topu qapının üstündən vurur
28. Malta daha bir korner qazanır. R.Dadaşov topu uzaqlaşdırır
30. Yığmamız ardıcıl iki korner vuruşundan yaxşı yararlana bilmir
33. Oyundakı ilk sarı vərəqə M.Şükürova qismət olur
36. Müdafiə xəttimizin kobud səhvindən yararlanan Skembri zərbə mövqeyinə çıxsa da, K.Ağayev topu tutmağı bacarır
39. Briffanın cərimə zərbəsi çox bərbad alınır
42. A.Abdullayevin daha bir əla ötürməsindən sonra R.Dadaşov dublunu rəsmiləşdirməyə yaxın olsa da, rəqib qapıçı qola imkan vermir
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Yığmamızda U.Budak yerini E.Allahverdiyevə verir
53. R.Abışovun cərimə zərbəsi rəqib futbolçudan dönür
56. R.Abışov da sarı vərəqə alır
59. Malta yığmasında K.Failla sarı vərəqə alan ilk futbolçu olur
61. Erreranın qapıya zərbəsi dəqiq olmur
62. Komandamızda Ə.İsmayılovla Q.Qarayevi C.Özkara və R.Əmirquliyev əvəzləyir
63. R.Əliyev bir neçə müdafiəçini ustalıqla arxada qoyduqdan sonra iti bucaq altında çərçivəni dəqiq nişan alır - 2:0
67. Aquis R.Dadaşovu əsl güləş fəndi ilə tutub yıxdığı üçün hakim tərəfindən birbaşa qırmızı vərəqə ilə meydandan qovulur
71. M.Şükürovun sağ cinahdan əla ötürməsini Rüfət bir toxunuşla qapıya göndərir və dublunu rəsmiləşdirir - 3:0
73. R.Dadaşov kobud oyuna görə sarı vərəqə alır
76. A.Abdullayev rəqib futbolçuların kobud səhvindən sonra rəqib qapıçı ilə üz-üzə qalsa da, topu düz onun üstünə vurur!
77. M.Şükürovu R.Sadıqov əvəzləyir
81. R.Dadaşovu V.Əsgərov əvəzləyir
88. Yığmamızda B.Hüseynov yerini M.Medvedevə verir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+2. Rəqib futbolçunun cərimə zərbəsini K.Ağayev tutur
90+3. C.Özkaranın zərbəsi qapının üstündən keçir
Matç başa çatdı
AZƏRBAYCAN: Kamran Ağayev, Bədavi Hüseynov, Rasim Ramaldanov, Mahir Şükürov (k), Rauf Əliyev, Ruslan Abışov, Araz Abdullayev, Ufuk Budak, Əfran İsmayılov, Qara Qarayev, Rüfət Dadaşov.
Ehtiyat oyunçular: Anar Nəzirov, Səlahət Ağayev, Elnur Allahverdiyev, Rəşad Sadıqov, Cihan Özkara, Vurğun Hüseynov, Cavid Hüseynov, Maksim Medvedev, Rahid Əmirquliyev, Vüqar Əsgərov, Elhad Nəziri.
MALTA: Yustin Haber, Rayan Kamilyeri, Qaret Şiberass, Andrey Aquis, Kleyton Failla, Roderik Briffa, Mihael Mifsud (k), Endryu Koen, Eduard Errera, Andre Skembri, Mark Şerri.
Ehtiyat oyunçular: Henri Bonello, Nikolas Vella, Yakob Borq, Rayan Fenex, Rouen Muskat, Pol Fenex, Con Mintoff, Şon Bajada, Klifford Baydaççino.
