14 avqust 2013 22:53
Azərbaycan Bolqarıstanla bacarmadı (YENİLƏNİB)
Futbol üzrə Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandası bu gün növbəti yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Bernard Lippertin çalışdırdığı millimiz səfərdə Bolqarıstan yığmasının qonağı olub.
Görüş yığmamızın məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, bu oyun millimizin seçmə mərhələ çərçivəsində keçirəcəyi İsrail ilə qarşılaşmaya hazırlıq xarakteri daşıyırdı. Həmin matçı sentyabrın 7-də səfərdə baş tutacaq.
Yoxlama oyunu
14 avqust
Bolqarıstan - Azərbaycan - 3:1 (1:0)
