15 avqust 2013 01:45
Rusiya Şimali İrlandiyaya uduzdu, Azərbaycan millisi geri düşdü (YENİLƏNİB)
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin də yer aldığı F qrupunda təxirə salınmış bir oyun keçirilib. Azerisport.az xəbər verir ki, Rusiya yığması səfərdə Şimali İrlandiyanın qonağı olub.
Fabio Kapellonun komandası bu görüşdə qələbə qazanacağı təqdirdə qrup liderliyini yenidən ələ keçirəcəkdi. Britaniya təmsilçisi isə bu görüşdən qalib ayrılmaqla turnir cədvəlində yığmamızı qabaqlamaq şansına malik idi.
Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb. Nəticədə, irlandlar xal ehtiyatlarını 6-ya çıxarıblar və yığmamız turnir cədvəlində geriləməli olub.
Qeyd edək ki, Şimali İrlandiya - Rusiya oyunu martın 22-də keçirilməli olsa da, əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmışdı.
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
14 avqust
Şimali İrlandiya – Rusiya - 1:0
Qol: Martin Petersen, 43.
| 1 | Portuqaliya | 7 | 4 | 2 | 1 | 12 | 6 | +6 | 14 |
| 2 | Rusiya | 5 | 4 | 0 | 1 | 8 | 1 | +7 | 12 |
| 3 | İsrail | 6 | 3 | 2 | 1 | 15 | 8 | +7 | 11 |
| 4 | Şim.İrlandiya | 6 | 1 | 3 | 2 | 4 | 7 | –36 | 6 |
| 5 | Azərbaycan | 7 | 0 | 4 | 3 | 3 | 9 | –6 | 4 |
| 6 | Lüksemburq | 6 | 0 | 3 | 3 | 3 | 13 | –10 | 3 |
