15 avqust 2013 00:39
Milinko Pantiç Bakının üç futbolçusunu Lensə buraxmayıb
“Bakı”nın baş məşqçisi Milinko Pantiç paytaxt klubunun üç aparıcı futbolçusunun Fransanın “Lens” klubuna gedişinə imkan verməyib. Bu barədə azerisport.az saytına müsahibəsində klub prezidenti Hafiz Məmmədov məlumat verib:
“Biz artıq 3-4 futbolçumuzun Fransa çempionatında oynaması ilə bağlı razılığa gəlmişdik. Mən hətta həmin oyunçuların adlarını da deyə bilərəm. Cavid Hüseynov, Kamran Ağayev və Əfran İsmayılovu göndərməyi düşünürdük. Bütün məsələlər həllini tapmışdı. Amma Pantiç “yox” dedi. O, bu oyunçuların özünə lazım olduğunu bildirərək komandada qalmalarını istədi”.