14 avqust 2013 12:49
Vladislav Qədirov Rəvana yeni futbolçular cəlb etmək istəyir
“Rəvan”ın köhnə-yeni baş məşqçisi Vladislav Qədirov komandasının durumundan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Mənim qarşımda ilk növbədə kollektivə alışmaq vəzifəsi durur. Çünki vaxtilə mən bu komandada çalışarkən işlədiyim kollektivdən yalnız Ramazan Abbasob qalıb. Avqustun 19-da bizi “Bakı” ilə çox vacib oyun gözləyir. Komandada problemlər var. Amma bu oyuna qədər optimal heyəti müəyyənləşdirmək, hazırlaşdırmaq lazımdı. Bu oyun həm mənim, həm də komanda üçün vacib əhəmiyyət daşıyır. Çünki ilk oyunda və psixoloji cəhətdən hər şeyin qaydasına düşməsi üçün qələbə qazanmalıyıq. Oyuna qədər komandada əhval-ruhiyyəni yaxşılaşdırmaq lazımdı. Ardıcıl iki məğlubiyyət futbolçulara pis təsir edib. Transfer pəncərəsinin bağlanmasına iki həftədən də az vaxt qalıb. Şübhəsiz ki, bu vaxt ərzində komandanı gücləndirməyi çox istərdim. Hazırda bu məsələ üzərində çalışırıq”.