15 avqust 2013 02:25
Portuqaliya sülh bağladı, İsrail məğlub oldu, Lüksemburq qazandı (YENİLƏNİB)
Ötən gecə dünyanın yaşıl meydanlarında futbol üzrə yığma komandalar arasında beynəlxalq yoldaşlıq görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, millimizin Malta ilə qarşılaşdığı gündə DÇ-2014-ün seçmə mərhələsindəki rəqibləri də növbəti sınaq matçlarına çıxıblar.
Lüksemburq doğma divarlar arasında Litva ilə üz-üzə gəlib və rəqibini məğlub yola salıb. İsrail yığması səfərdə Ukraynanın qonağı olub və iki cavabsız qolla uduzub.
Portuqaliya millisi isə evdə Hollandiya ilə qarşılaşıb. Bu görüşdə də heç-heçə qeydə alınıb.
Yoxlama oyunları
14 avqust
Lüksemburq - Litva - 2:1
Qollar: Yoahim, 49, Bensi, 80 - Matuleviçyus, 15.
Ukrayna - İsrail - 2:0
Rotan, 29, Seleznyov, 72.
Portuqaliya - Hollandiya - 1:1
Qollar: Ronaldo, 87 - Strotman, 17.
