14 avqust 2013 13:23
Azərbaycan Maltanı məğlub yola salacaq
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, yığmamızın Malta ilə yoxlama oyunu necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi bəllidi.
Əksəriyyən bu oyunda millimizin qələbə qazanacağını proqnozlaşdırır. Bu varianta 129 (62 faiz) səs verilib.
Heç-heçə olacağını 42 nəfər (20 faiz) proqnozlaşdırır.
Yerdə qalan 18 faiz isə Maltanın qalib gəlmək şansının yüksək olduğunu düşünür.
