14 avqust 2013 13:56
AFFA-dan daha iki yeni liqa!
Xəbər verdiyimiz kimi, bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda bir neçə məsələ müzakirə olunub və müxtəlif qərarlar qəbul edilib.
Komitə iki yeni liqanın yaradılmasına qərar verib. Belə ki, bu mövsümdən etibarən U-12 və U-19 liqaları keçiriləcək.
Qeyd edək ki, indiyədək AFFA U-11, U-13, U-15, U-16 və U-17 liqalarını keçirirdi. Həmçinin qızlar arasında U-15 və U-17 liqaları təşkil olunur.
