14 avqust 2013 14:07
Etame XL-da qol hesabını açdı, komandası qələbə qazandı (FOTOLAR)
Bu gün “Xəzər Lənkəran” səhər məşqində əvvəlcədən planlaşdırılan proqram üzrə əvəzedici komandamız ilə ikitərəfli oyun keçirib. Azerisport.az xəbər verir ki, 45 dəqiqə nəzərdə tutulan oyun 3:0 hesabı ilə əsas komandanın xeyrinə başa çatıb.
Ehtiyat meydançada baş tutan görüşdə Franko Nildo dubl edib. Yeni transfer Mbilla Etame də ilk qolunu sınaq oyununda vurub.
Axşam saatlarında komanda daha bir məşqə çıxacaq.
