14 avqust 2013 14:18
Rəvan üçün slovakiyalı və isveçli futbolçular
"Rəvan” transfer pəncərəsi bağlanana qədər heyətini daha da gücləndirməyi düşünür. Azerisport.az xəbər verir ki, hazırda paytaxt klubu bir futbolçunu sınayır.
Bu, slovakiyalı Miloş Brezinskdidi. Mərkəz müdafiəçisi artıq iki gündü paytaxt təmsilçisinin düşərgəsində məşq edir. Yaxın günlərdə məşqçilər korpusu onunla bağlı yekun qərarlarını açıqlayacaqlar.
Yaxın günlərdə “aslanlar”ın düşərgəsinə isveçli futbolçu da qoşulmalıdı. Bu, Fredrik Holsterdi. Yarımmüdafiəçi də baxışa dəvət olunub və ümidləri doğruldacağı halda komandada qalacaq.
