15 avqust 2013 01:53
İnter Türkiyədə ilk qələbəsini qazandı
Xəbər verdiyimiz kimi, "İnter"in U-12 komandası Türkiyənin Antalya şəhərində keçirilən “The children champion cup Lukoil” yarışında iştirak edir. Azerisport.az xəbər verir ki, ötən gün turnirin ikinci oyun günü idi. Komandamız ikinci görüşdə "Mardan" stadionunda Bolqarıstanın "Slaviya" klubuyla üz-üzə gəldi. Bu qarşılaşma "İnter"in 2:0 hesablı qələbəsilə başa çatdı.
Qeyd edək ki, bu qələbədən sonra komandamız xal ehtiyatını 6-ya çatdırıb və bu nəticə ilə "İnter" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Əlavə edək ki, sabah Vaqif Hidayətovun yetirmələri sonuncu görüşlərə çıxacaqlar.
