14 avqust 2013 14:44
İsgəndər Cavadov AFFA-nın Gəncə futbolu üzrə kuratoru seçildi
Xəbər verdiyimiz kimi, bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda “Kəpəz”in indiki durumu ilə də bağlı müzakirələr aparılıb.
Müzakirələrdən sonra veteran futbolçu İsgəndər Cavadov AFFA-nın Gəncə futbolu üzrə kuratoru seçilib. Regional Futbol Federasiyasının prezidenti bu şəhərdə futbolun daha da inkişaf etməsi üçün çalışacaq. O, həmçinin “Kəpəz”ə yeni sponsorun tapılmasında da köməyini əsirgəməməlidi.
İclasdan sonra jurnalistlərin suallarını cavablandıran AFFA prezidenti Rövnəq Abdulayev “Kəpəz”in də problemlərinin çözüldüyünü bildirib: “Kəpəz”ə sponsor tapmışıq. 3-4 şirkətlə danışıqlarımız olub. Onlardan biri klubun sponsoru olacaq. Demək olar ki, artıq məsələ həllini tapıb”.
