14 avqust 2013 15:03
Rövnəq Abdullayev: Limit yığmanın inkişafı naminə dəyişdirildi
AFFA prezidenti Rövnəq Abdullayev bu gün baş tutan İcraiyyə Komitəsinin iclasından sonra çıxarılan qərarlara münasibət bildirib. Azerisport.az xəbər verir ki, futbol təsərrüfatımızın rəhbəri legioner limitinin dəyişdirilməsi ilə bağlı bunları söyləyib:
“Biz legioner limitini dəyişdirdik. Növbəti mövsümdən limit 6+5 sistemi ilə tətbiq olunacaq. Altı legioner, beş yerli futbolçu olacaq ki, azərbaycanlı futbolçulardan ikisinin 21 yaşdan yuxarı olmaması tələb ediləcək. Bununla daha çox gənc futbolçuların üzə çıxarılmasına nail olmaq istəyirik. Bütün bunları isə Azərbaycan yığmasının inkişafı naminə edirik”.

Abdullayev AÇ-2020-nin hansısa oyunlarının Bakıda keçirilməsi ehtimalını da dəyərləndirib: “Avropa çempionatının oyunlarını Bakıda təşkil etmək üçün yaxşı şansımız var. Sentyabrda bu məsələyə baxılacaq”.
O, “Araz”ın Birinci Diviziondakı iştirakı ilə bağlı qaranlıq məqamlara da aydınlıq gətirib: “Məlum olduğu kimi, yeni mövsümdən Birinci Divizionda Naxçıvanın “Araz” klubu da çıxış edəcək. Komanda öz ev oyunlarını Naxçıvan şəhər stadionunda keçirməkdə maraqlıdı. Lakin digər klublar Naxçıvana gedəcək maliyyə imkanlarının olmadığını bildirdilər. Buna görə də həmin klubların bütün yol xərclərini AFFA öz üzərinə götürdü”.
Gəncə futbolu, həmçinin “Kəpəz”in bəlli olmayan aqibətinə toxunan federasiya rəhbəri bunları bildirib: “Kəpəz”ə sponsor tapmışıq. 3-4 şirkətlə danışıqlarımız olub. Onlardan biri klubun sponsoru olacaq. Demək olar ki, artıq məsələ həllini tapıb”.
AFFA prezidenti bu gün keçiriləcək Azərbaycan və Malta yığmaları arasındakı yoxlama matçından da danışıb: “Yığmadan qələbə gözləyirik. Yoxlama oyunu olsa da, bizim üçün qələbə çox vacibdi. İnanıram ki, yığmamız qələbə qazanacaq”.