15 avqust 2013 03:06
Nikolas Kanales yeni klubu tərəfindən rəsmən təqdim edildi (FOTO)
“Neftçi”nin sabiq forvardı Nikolas Kanalesin çıxış edəcəyi yeni klub müəyyənləşib. Azerisport.az xəbər verir ki, ötən mövsüm Premyer Liqanın bombardiri olmuş futbolçu “Kolo-Kolo”ya keçib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bir neçə gün əvvəl onun sabiq klubuna – “Universidad de Çili”yə dönəcəyi deilsə də, forvard “Kolo-Kolo” ilə müqavilə bağlayıb.
Qeyd edək ki, “Neftçi”yə Çili çempionatından gələn Kanales ötən mövsüm 26 qolla Premyer Liqanın bombardiri olmuş, həmçinin avrokuboklarda 3 qol vurmuşdu.
