15 avqust 2013 03:11
Branimir Subaşiçli Orduspordan Trabzonspor üzərində qələbə
Türkiyənin “Orduspor” klubu növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiçin çıxış etdiyi klub “Trabzonspor”la qarşılaşıb.
Oyun Ordu təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Subaşiç meydana start heyətində çıxıb. Futbolçumuzu 46-cı dəqiqədə rumın hücumçu Aleksandru İonita əvəzləyib.
Hesabı 5-ci dəqiqədə Eren açıb. 50-ci dəqiqədə isə İonita fərqlənib.
