15 avqust 2013 03:17
Türkiyə klubu 2 azərbaycanlı futbolçu ilə müqavilə bağladı (FOTO)
Türkiyənin “Kahramanmaraşspor” klubu heyətinə qatdığı futbolçularla münasibətlərini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, PTT Birinci Liqa təmsilçisi 13 futbolçu ilə eyni vaxtda müqavilə bağlayıb.
Onların arasında iki azərbaycanlı futbolçu da var. Belə ki, “Kahramanmaraşspor” bir müddət əvvəl heyətinə qatdığı Fərid Quliyev və Murad Axundzadə ilə müqavilə bağlayıb. Həmçinin “Qəbələ”dən gedən Mustafa Dabo da anlaşma imzalayan futbolçular arasındadı.
Qeyd edək ki, “Kahramanmaraşspor” iki futbolçumuz və Dabodan başqa Mehmet Ali Tunç, Gökhan Durmuş, Şamil Ünal, Şahin Ali Terzi, Cumhur Yılmaztürk, İbrahim Eren, İsa Bağcı, Madu, Sadi Karaduman və Hacı Ahmet Kaplanla münasibətlərini rəsmiləşdirib.
