15 avqust 2013 03:23
Qarabağlılar ermənilərə qalib gəldilər
Futbol üzrə Albaniya yığması ötən gecə növbəti yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, sözügedən komanda doğma divarlar arasında Ermənistanla qarşılaşıb.
Görüş albanların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu oyunda “Qarabağ”ın müdafiəçiləri – Ansi Aqolli ilə Admir Teli də iştirak ediblər. Aqolli 90 dəqiqə meydanda olubsa, Admir fasilədə əvəzlənib.
Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi albaniyalı yetirmələrinə ermənilər üzərində qələbəyə görə mükafat vəd etmişdi. İndi onun bu vədinə necə əməl edəcəyi maraqla gözlənilir.
