15 avqust 2013 03:29
Gelaşvili Gürcüstan yığmasına kömək edə bilmədi
Futbol üzrə Gürcüstan yığması ötən gecə növbəti yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, sözügedən komanda səfərdə Qazaxıstanla qarşılaşıb.
Astanada keçirilən görüş qazaxların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu oyunda “Qarabağ”ın hücumçusu Nikolas Gelaşvili də iştirak edib. O, 68-ci dəqiqədə, hesab 0:1 olarkən çıxsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
